"Barselona" ulduz futbolçusunu satmaq istəyir


"Barselona" Felipe Koutinyonu satmaq niyyətindədir. 90plus.az xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Fabrizio Romano məlumat yayıb. Klub büdcəsində yaranan problemləri həll etmək və heyətinə yeni oyunçular qatmaq istəyir. Buna görə də "Barselona" 28 yaşlı yarımmüdafiəçini satmaq qərarına gəlib. Qeyd edək ki, Koutinyo başa çatan mövsümdə 12 matçda 2 qol vurub və 2 qolun ötürməsini verib.

0 comments

Recent Posts

See All