top of page

“Barsa” iki azyaşlı ilə Çempionlar Liqasının tarixinə düşdü


"Barselona" yeni bir ilklə UEFA Çempionlar Liqasının tarixinə düşüb.


90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi evdə "Napoli"yə 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda buna nail olub. Belə ki,

qarşılaşmanın ilk dəqiqələrində 16 yaşlı Lamin Yamal və 17 yaşlı Pau Kubarsi star heyətində meydana buraxıb.

Turnir tarixində heç bir klub indiyədək 18 yaşına çatmamış birdən çox futbolçunu ilk "11-lik"də meydana buraxmayıb.


Qeyd: Rəqibini 3:1 hesabı ilə məğlub edən "Barselona" 1/4 finala vəsiqə qazanıb. Neapoldakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.


Mənbə: Opta


Əlavə: 17 yaşlı Pau Kubarsi "Barselona" - "Napoli" matçının ən yaxşısı seçilib. FOTO:


0 comments
bottom of page