top of page

Barsa Levandovskini Ərəbistana satmaq istəyir

“Barselona”nın nümayəndələri Robert Levandovskiyə görə Səudiyyə Ərəbistanından olan vasitəçi ilə əlaqə saxlayıb.


90plus.az , "OneFootball"a istinadən xəbər verir ki, katalon klubu hücumçusu Robert Levandovskinin gələn yay ərəb komandalardan birinə mümkün transferini müzakirə edir.


Bildirilir ki, polşalı hücumçunun cari mövsümdə nümayiş etdirdiyi futbol səviyyəsi “Barsa” rəhbərliyi və məşqçilər korpusunun xoşuna gəlmir.

Qeyd olunur ki, qanuna əsasən Səudiyyə Ərəbistanı klublarına bütün transferlər ölkədə bu məsələ üzrə səlahiyyətli şəxsin iştirakı ilə razılaşdırılmalıdır.


Qeyd: bu mövsüm 35 yaşlı futbolçu bütün turnirlərdə 21 matçda iştirak edib, 9 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

0 comments
bottom of page