Barsadan vacib qələbə!

İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir. 90plus.az xəbər verir ki, bu gün "Barselona" öz meydanında "Valyadolid"lə qarşılaşıb. Kataloniya klubu bu görüşdə çətin qələbə qazanıb - 1:0. Bu nəticədən sonra xallarını 65-ə çatdıran "Barsa" "Real"ı qabaqlayaraq 2-ci pilləyə yüksəlib. "Real"ın 64, lider "Atletiko"nun isə 66 xalı var. "Barselona" - "Valyadolid" - 1:0 Qol: Dembele, 90

0 comments