top of page

“Barselina”nın oyunçusu “Brayton”da

"Barselona" cinah oyunçusu Ansu Fatini "Brayton"a icarəyə verəcək.


90plus.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Belə ki, hücumameyilli futbolçu “Brayton”un təklifini qəbul edib. “Qağayılar”ın baş məşqçisi De Zerbi bu qərarda əsas amildir.


Qeyd olunur ki, yaxın gələcəkdə tərəflər nəhayət sövdələşmənin bütün detallarını həll edəcəklər.

Fati 2022/2023-cü illər mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci il iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 35 milyon avrodur.



0 comments
bottom of page