top of page

"Barselona" öz rekordunu yenilədi

“Barselona” klubu İspaniya Superkubokunun həlledici görüşündə iştirak hüququ qazanaraq, öz rekordunu yeniləyib.


90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi yarımfinalda “Betis”ə qalib gəlməklə buna nail olub.


Heç-heçə nəticələnən (2:2) qarşılaşmanın penaltilər seriyasında rəqibini üstələyən (4:2) “Barselona” tarixində 25-ci dəfə Superkubok uğrunda görüşə çıxacaq. Eyniadlı şəhərin komandası finalda bu baxımdan ən yaxın izləyicisi olan “Real”la (Superkubokda 18 matç) üz-üzə gələcək.


Qeyd edək ki, “Barselona” ilə “Real” arasındakı görüş yanvarın 15-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.



0 comments
bottom of page