"Barselona"ın El Klassiko heyəti

Barselona"nın La Liqanın 10-cu turundan təxirə salınmış "Real"la oyun üçün iştirak ərizəsi müəyyənləşib.

90plus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Usman Dembele zədə səbəbindən heyətdə yer almayıb: Qapıçılar: Mark-Andre ter Ştegen, Neto Müdafiəçilər: Nelson Semedu, Jerar Pike, Kleman Lanqle, Jordi Alba, Samuel Umtiti Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Karles Alenya, Serxi Roberto, Frenki de Yonq, Arturo Vidal Hücumçular: Luis Suares, Lionel Messi, Antuan Qrizmann, Karles Sayol, Ansu Fati Qeyd edək ki, "Barselona" - "Real" görüşü bu gün saat 23:00-da başlayacaq.

0 comments