"Barselona"ın növbəti oyun itkiləri

"Barselona” Çempionlar Liqasının 1/8 finalının “Napoli” ilə cavab matçına ciddi itkilərlə çıxacaq.

90plus.az xəbər verir ki, komandanın aparıcı üzvləri Serxio Buskets və Arturo Vidal bu vacib matçı buraxacaq. Hər iki yarımmüdafiəçi cəzalı durumdadır. Vidal ötən gecə keçirilən ilk görüşdə qırmızı vərəqə alıbsa, Buskets sarı vərəqə limitini doldurub. Qeyd edək ki, komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab matçı isə martln 17-də keçiriləcək.

0 comments