"Barselona" "10 nömrə"nin taleyini həll etdi


2021/2022 mövsümündə "Barselona"nın futbolçularından heç biri 10 nömrəli formada meydana çıxmayacaq. 90plus.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Kataloniya klubu daha əvvəl Lionel Messiyə məxsus olan forma nömrəsini heç kimə vermək istəmir. Lazım gələrsə, bu, akademiyanın hansısa gənc oyunçusuna təqdim olunacaq. Daha əvvəl Filippe Koutinyonun bu nömrə altında oynamaq istədiyi bildirilib.

0 comments