İspaniya La Liqasında qalmaq üçün mübarizə aparan "Almeriya” 23-cü turda lider "Barselona"nı qəbul edib.
90plus.az xəbər verir ki, rəqibini El Bilal Turenin qolu ilə məğlub edən “Almeriya” çempionatda 7-ci qələbəsini qazanıb.
13 həftə sonra La Liqada ikinci məğlubiyyətini yaşayan "Barselona" 59 xalla liderliyini davam etdirsə də, ən yaxın izləyicisi "Real Madrid"lə (52) xal fərqini daha da artırmaq fürsətini əldən verdi.
