
"Barselona" Old Trafforda ciddi itkilərlə çıxacaq.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/16 final mərhələsində "Barselona" "Mançester Yunayted"lə cavab qarşılaşmasına 2 ciddi itki ilə çıxacaq. Yarımmüdafiəçilər Pedri və Qavi olmayacaq. Pedri zədə səbəbindən 1 aylığına sıradan çıxıb. Qavi isə sarı vərəqə limitini keçdiyi üçün cəzalı duruma düşüb.
Qeyd edək ki, Nou Kampdakı matç 2-2 hesabı ilə başa çatıb. Cavab qarşılaşması 23 fevralda baş tutacaq.