top of page

"Barselona" adının müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Xoan Laporta


"Barselona"nın prezidenti Joan Laporta klubun hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreirayaya rüşəvt verməsi ilə bağlı ittiham olunması haqqında danışıb.

90plus.az xəbər verir ki, o, növbəti dəfə bunu inkar edib və dürüst olduqlarını söyləyib: “Onların əlində heç bir sübut yoxdur. Yeganə məqsəd bizim reputasiyamıza, ləyaqətimizə xələl gətirməkdir. "Barselona" ilə oynamağa dəyməz. 123 il ərzində biz dəyərlər, öhdəlik, məsuliyyət, dürüstlük və ədalətli oyun nümayiş etdirmişik. Futbolu, idmanı, həyatı belə başa düşürük.

Taktika ondan ibarətdir ki, biz təslim olana qədər bizi sıxaraq boğmağa çalışırlar. Mən buna icazə verməyəcəyəm. "Barselona"nı son damla qanımıza qədər müdafiə edəcəyik.

Sizdən həmrəy olmağınızı, gerbimizi, mahiyyətimizi, varlıq modelimizi qorumağınızı xahiş edirəm”.

Martın 10-da İspaniya prokurorluğu “Barselona”ya qarşı hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya klub tərəfindən 7,3 milyon avro rüşvət ödənilməsi ilə bağlı ittiham irəli sürüb.

0 comments
bottom of page