"Barselona" Ansu Fati ilə müqaviləni yeniləməyə yaxındır


"Barselona" futbolçusu Ansu Fati ilə müqaviləni uzadır. 90plus.az "Diario Sport"a istinadən xəbər verir ki, tərəflər 2027-ci ilin yayına qədər müqavilə imzalayacaqlar. Ötən gün "Barselona"nın direktoru Mateu Alemani ilə futbolçunun agenti Jorje Mendeşin görüşdüyü və razılıq əldə olunduğu bildirilib. 18 yaşlı hücumçunun təzminat qiyməti isə 1 milyard avro olacaq. "Barselona" "El Klassiko"dan əvvəl Fati ilə yeni müqaviləni açıqlamağı planlaşdırır.

0 comments