"Barselona" Aquero ilə güclənəcək" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Serxio Aqueronun komandadan ayrılması və "Barselona"ya mümkün keçidi barədə danışıb.


90plus.az BBC-yə istinadən xəbər verir ki, jurnalist Fabrizio Romano Aqueronun "Barselona" ilə 2 illik ilkin müqavilə imzaladığı haqda məlumat yayıb. Qvardiola oyunçunun gələcəyi ilə bağlı belə danışıb:


"Yəqin ki, bir sirri açacağam. Deyəsən, o, ürəyimdəki klubla - "Barselona" ilə müqavilə bağlamağa yaxındır. Aquero bütün zamanların ən yaxşı futbolçusu olan Messi ilə birlikdə oynayacaq. Əminəm ki, onu sevəcək. "Barselona" yəqin ki, Aquero ilə güclənəcək".


Qeyd edək ki, Aquero bu mövsüm Premyer Liqada 12 matçda 4 qol vurub və 1 qolun ötürməsini verib.

0 comments