top of page

"Barselona" "Arsenal"ın 70 milyon avroluq təklifini rədd etdi

“Barselona” Rafinya üçün “Arsenal”dan gələn təklifi qəbul etməyib.


90plus.az “Sport”a istinadən xəbər verir ki, “Arsenal” klubu “Barselona”nın oyunçusu Rafinya üçün hərəkətə keçib. London komandası braziliyalı futbolçu üçün 70 milyon avro təklif edib. Kataloniya təmsilçisi isə bu bu təklifi rədd edib.


Qeyd edək ki, cinah oyunçusu bu mövsüm "Barsa"nın heyətində 32 oyuna çıxıb, 7 qol vurub və 9 asist edib.



0 comments
bottom of page