top of page

“Barselona” avrokuboklara həsrət qala bilər

Hakimlərə rüşvət verməkdə ittiham olnan "Barselona" avrokuboklardan kənarlaşdırıla bilər.


90plus.az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb. Bildirilib ki, İdman hüququ üzrə ixtisaslaşmış ispan hüquqşünas Jorge Vaquero klubun UEFA- nın sanksiyaları ilə üzləşə biləcəyinə vurğulayıb.


UEFA qaydalarının bəndlərindən birinə uyğun olaraq, qurum hər hansı klubun ölkə çempionatında və ya beynəlxalq yarışda oyunun nəticəsinə təsir etmək məqsədi daşıyan hər hansı fəaliyyətdə birbaşa və ya dolayısı ilə iştirak etdiyini hesab edərsə, o zaman bu komanda Avropa yarışmasından kənarlaşdırılmalıdır.


Bu isə o deməkdir ki, “Barselona”nın ittihamı sübuta yetirilərsə, UEFA Kataloniya təmsilçisinin növbəti avrokuboklarda iştirakına icazə verməyə bilər.


Xatırladaq ki, “Barselona” idman nəticələrinə təsir etmək üçün İspaniyanın hakimlər komitəsinin keçmiş üzvünə rüşvət verməkdə ittiham olunur. Komanda bu səbəbdən La Liqadan kənarlaşdırılma təhlükəsi ilə də üz-üzədir.

0 comments
bottom of page