"Barselona" azarkeşlərindən etiraz aksiyası

“Barselona”nın azarkeşləri ötən gecə klubun ofisi qarşısında etiraz aksiyası keçiriblər.



90plus.az xəbər verir ki, kapitan Lionel Messinin komandanı tərk etmək qərarına gəlməsindən narazı olan fanatlar klub prezidenti Xosep Bartomeunun istefasını tələb ediblər. Onlar klub rəhbərinin Messi ilə danışıq aparıb, onu komandada saxlamalı olduğunu bildiriblər.


Xatırladaq ki, argentinalı hücumçu komandanın yeni baş məşqçisi Ronald Kumanla görüşündən sonra komandadan ayrılmaq qərarına gəlib.  Niderlandlı mütəxəssis komandanın liderinə bildirib ki, artıq o, “Barselona”da imtiyazlara sahib olmayacaq


https://youtu.be/0b0VL_fJwu0


0 comments