top of page

“Barselona” azarkeşlərindən boykot qərarı

“Barselona” klubunun azarkeşləri La Liqanın 32-ci turunda “Kadis”lə bu gün keçiriləcək oyunu boykot etmək qərarına gəlib.

90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”la “Nou Kamp”dakı cavab matçında (2:3) qonaq komandanın azarkeşlərinin çoxluq təşkil eləməsidir.


Kataloniya klubunun fanatları turistlərə və qonaq komandaların azarkeşlərinə stadiona giriş imkanı verən sistemi pisləyiblər. Onlar klubun rəhbərliyi əleyhinə aksiya keçirməyi planlaşdırırlar.


“Barselona” – “Kadis” matçı bu gün saat 23:00-da başlayacaq.

0 comments
bottom of page