top of page

"Barselona" braziliyalı futbolçusu üçün 90 milyon avro qiymət tələb edir


Maliyyə problemləri yaşayan "Barselona" Rafinyanı satmaq istəyir.

90plus.az xəbər verir ki, kataloniya təmsilçisi braziliyalı vingerin satışından 90 milyon avro gəlir əldə etməyi planlaşdırır. Bu barədə AS nəşri məlumat yayıb. "Arsenal" və "Nyukasl" 26 yaşlı futbolçunu transfer etməyə çalışır.

Qeyd edək ki, "Barselona" Rafinyanı mövsümün əvvəlində "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü La Liqa klubunun heyətində meydana çıxdığı 42 rəsmi matçda 9 qol 10 məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments
bottom of page