"Barselona"da ayrılıq


"Barselona" futbolçusu Yusuf Demirlə yollarını ayırıb. 90plus.az xəbər verir ki, türk əsilli avstriyalı yarımmüdafiəçi ilə icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 19 yaşlı oyunçu Avstriyanın "Rapid" (Vyana) komandasına qayıdıb. İddiaya görə, Kataloniya klubu futbolçu ilə vidalaşmasına maliyyə çətinliyi səbəb olub. Demir "Barselona"da 10 rəsmi matça çıxacağı halda, klub 10 milyon avro təzminat ödəyib onu heyətinə qatmalı idi. Bu üzdən La Liqa klubu 9 rəsmi oyun keçirmiş yarımmüdafiəçini göndərməyə qərar verib.

0 comments

Recent Posts

See All