"Barselona"da daha bir transfer


"Barselona" klubu növbəti transferini açıqlayıb. 90plus.az xəbər verir ki, son iki mövsümü "Betis"də keçirmiş Emerson Royal yenidən heyətə cəlb olunub. "Barselona"ya məxsus olan 22 yaşlı yarımmüdafiəçi iki il icarə əsasında Sevilya təmsilçisində çıxış edib. Klub braziliyalı oyunçunu geri qaytarmaq hüququndan yararlanıb. Qeyd edək ki, 2019-cu ildə ölkəsinin "Atletiko Mineyro" klubundan "Barselona"ya keçən Emerson Royal həmin il icarəyə verilib.

0 comments

Recent Posts

See All