top of page

"Barselona"da gözlənilən ayrılıq yaşandı


"Barselona" futbolçusu Samuel Umtiti yollarını ayırıb.

90plus.az klubun saytına istinadən xəbər verir ki, fransalı forvard ilə 2026-cı ilədək olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Samuel ötən mövsümü icarə əsasında "Leççe"də keçirib və A Seriyasında 25 oyuna çıxıb.

Umtiti "Barselona"ya 2016-cı ildə "Lion"dan keçib. O, Kataloniya klubu ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə ölkə kubokunu və 2 dəfə ölkə Superkubokunu qazanıb.

0 comments
bottom of page