"Barselona"da koronavirusa yoluxan futbolçu məlum olub

“Barselona”da koronavirusa yoluxan futbolçunun adı məlum olub.



90plus.az xəbər verir ki, bu, müdafiəçi Jan-Kler Todibodur. 20 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. O, koronavirus testinin müsbət çıxdığını, amma özünü yaxşı hiss etdiyini bildirib.




Ötən gün klubun açıqlamasında koronavirusa yoluxan futbolçunun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” ilə matç üçün Portuqaliyaya yollanacaq oyunçularla təmasda olmadığı bildirilmişdi.

Qeyd edək ki, “Barselona” – “Bavariya” oyunu avqustun 14-də keçiriləcək.

0 comments