“Barselona”da olsaydım, bu qədər oynamazdım”

Yay transfer pəncərəsi dövründə “Barselona”dan ayrılaraq “Marsel”ə keçən Konrad açıqlama verib.

90plus.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi, özünün Kataloniya təmsilçisini tərk etmək istədiyini deyib:


“Ayrılıq qərarını özüm verdim. 6 ay ərzində bu məsələni menecerlərimlə danışdım. “Barselona”da çox şans qazana bilməyəcəkdim. İndi “Marsel”dəyəm və beş yüz dəqiqədən çox oyun şansı qazanmışam. “Barselona”da olsaydım, bu qədər oynamazdım.


Kataloniyalıların baş məşqçisi Ronald Kumanın mənim haqqımda nə düşündüyünü bilmirəm. Amma çox az şans verirdi. Orda olmaqdan, məşqlərdə iştirak etməkdən xoşbəxt idim. Mənim üçün yaxşı təcrübə oldu”.


“Barselona”nın yetirməsi olan Konrad “Marsel”lə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

0 comments