"Barselona"da oynamaq uşaqlıq xəyalım idi" - Depay


"Barselona"nın yeni transferi Memfis Depay Kataloniya klubuna keçidini şərh edib. 90plus.az xəbər verir ki, o, bu barədə öz Tvitter hesabında paylaşım edib. 27 yaşlı hücumçu yazıb: "Barselona"da oynamaq uşaqlıq xəyalımdır. Böyük xəyal. Yeni komandama qoşulmaq üçün çox ilhamlıyam". Qeyd edək ki, Depay "Barselona"ya "Lion"dan keçib.

0 comments