"Barselona"da qalır

“Barselona”nın futbolçusu Kleman Lanqle yeni mövsümdə də Kataloniya təmsilçisində çıxış edəcək. 90plus.az xəbər verir ki, bu barədə fransalı müdafiəçi “Eurosport”a açıqlamasında deyib: “Ötən yay “Barselona” ilə yeni müqavilə imzaladım. Yeni mövsümdə də klubda qalacam”. Qeyd edək ki, Lanqlenin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. 25 yaşlı müdafiəçi son mövsümdə 48 oyunda 1 qol vurub.

0 comments