"Barselona"dan "Ayaks"a 3 futbolçu təklif edildi

"Barselona” yay transfer pəncərəsi zamanı “Ayaks”ın qapıçısı Andre Onananı heyətinə cəlb etmək istəyir.



90plus.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.

Bildirilib ki, kataloniyalılar bir qapıçıya görə dörd 3 futbolçusunu – qapıçı Neto, yarımmüdafiəçilər Riki Puiq, qarşı tərəfin seçimindən asılı olaraq Aleks Kolyado və ya Karles Alenyonu təklif edib. Amma “Ayaks”ın idman direktoru Mark Overmars Onananın daha bir mövsüm Amsterdarda qalmasını istəyir.


Qeyd edək ki, Onana “Barselona” akademiyasının yetirməsidir. Bu mövsüm o, “Ayaks”ın heyətində bütün turnirlərdə 24 oyun keçirib.

0 comments