"Barselona"dan bəyanat

"Barselona" polislərin klubun ofisində axtarış aparılması ilə bağlı bəyanat yayıb.

90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi rəsmi saytı vasitəsi ilə faktı təsdiqləyib. Klub axtarış və həbslərin sosial şəbəkələrin monitorinq xidmətinin fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. "Barselona" istintaqla əlaqəli bütün faktların aşkarlanmasına kömək etmək üçün hüquq-mühafizə orqanları ilə işləmək niyyətindədir.

"Barselona" ​​mövcud məhkəmə proseduruna və bu istintaqdan təsirlənənlərin təqsirsizlik prezumpsiyası prinsipinə dərin hörmətini bildirir" - deyə klubun bəyanatında bildirilir.

Qeyd edək ki, " “Barselona”nın sabiq prezidenti Xosep Mariya Bartomeu, icraçı direktor Oskar Qrau və hüquq şöbəsinin müdiri Roman Qomes Ponti həbs edilib. Axtarışlar da bu məqsədlə həyata keçirilib. Onların hər biri korrupsiya ittihamına görə tutulublar.

Bartomeu ötən ilin oktyabrında prezident vəzifəsindən istefaya göndərilib.

0 comments