"Barselona"dan gözlənilən transfer!



İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.

"90plus" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Fransa "Lion"unda çıxış etmiş Niderland millisinin hücumçusu Memfis Depayla müqavilə imzalanıb.

O, iki il "Barselona"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Memfis Depay 2017-ci ildən "Lion"da çıxış edib.

0 comments

Recent Posts

See All