"Barselona"dan getmək istəyir

"Barselona”nın yarımüdafiəçisi İvan Rakitiç qışda komandanı tərk etmək istəyib.

90plus.az xəbər verir ki, bu haqda o, “Levante”yə qarşı La Liqanın 22-ci turunun oyunundan (2:1) sonra jurnalistlərə deyib. “Yanvar pəncərəsi zamanı getmək haqda düşünürdüm. Valverdenin (“Barselona”nın sabiq baş məşqçisi – red.) köməkçilərinin mənə münasibəti yaxşı deyildi. Bu, mənim üçün pis vaxtlar idi. İndi isə hər şey keçmişdə qalıb. Onu deyə bilərəm ki, bəzi şeylər xoşuma gəlmirdi”.

0 comments