"Barselona"dan "Marsel"ə - Rəsmi

Fransanın "Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 90plus.azLiqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Barselona"dan Konrada De La Fuenteni transfer edib. 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Qeyd edək ki, amerikalı futbolçu "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya klubunun əsas komandasında debüt edib.

0 comments