"Barselona"dan Messi açıqlaması

"Barselona"nın prezidenti Josep Maria Bartomeu komandanın kapitanı Lionel Messinin gələcəyi haqda danışıb.



90plus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, argentinalı hücumçunun komandada qalacağına inandığını deyib: "Messi bir neçə dəfə karyerasını "Barselona"da başa vurmaq istədiyini söyləyib. Onun yeni müqavilə imzalayacağından şübhəm yoxdur".




Qeyd edək ki, Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun adı bir çox Avropa klubu ilə hallanır.

0 comments