"Barselona"dan Messiyə 10 illik müqavilə


"Barselona" Lionel Messiyə on illik müqavilə təklif edib. 90plus az "Catalunya Radio"ya istinadən xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, Messi daha iki mövsüm klubda qalacaq. Bundan sonra argentinalı oyunçu "Barselona"nın səfiri qismində üç il ərzində ABŞ-ın MLS liqasında çıxış edəcək. Müqavilənin qalan 5 ili ərzində Messi "Barselona"nın strukturunda vəzifələrin birini tutacaq.

Xatırladaq ki, Messinin klub ilə müqaviləsi 30 iyun bitir.

0 comments