“Barselona”dan unikal göstərici

İspaniya La Liqasının 26-cı turunda “Osasuna”nı məğlub edən (2:0) “Barselona” unikal göstəriciyə imza atıb.

90plus.az xəbər verir ki, kataloniyalıların qollarını Jordi Alba və İlas Moriba vurub. Bununla da bir mövsümdə "Barselona"nın 19 yaşınadək üç futbolçusu - Ansu Fati, Pedri və Moriba qol vurmağı bacarıb. Bu La Liqada rekord göstəricidir.

Qeyd edək ki, hazırda “Barcelona” 56 xalla turnir cədvəlində ikinci sıradadır. Lider "Barselan"nın isə 58 xalı var.

0 comments