"Barselona"dan Veynalduma uzunmüddətli müqavilə təklifi

"Barselona" "Liverpul"un futbolçusu Jorjinyo Veynaldumu heyətinə qatmaqda israrlıdır.

90plus"Football İnsider"ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq 30 yaşlı yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif edib. Niderlandlı oyunçu özü də "Barselona"ya keçməyə razıdır.

Veynaldumun "mersisaydlılar"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. O, La Liqa təmsilçisinə azad agent kimi keçə bilər. Qeyd edək ki, Veynaldum bu mövsüm 39 matça çıxıb və 3 qol vurub.

0 comments