
"Barselona" futbolçusu Fransisko Trinkaunu icarəyə göndərib. 90plus.az xəbər verir ki, 21 yaşlı hücumçu "Vulverhempton"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Trinkau geridə qalan mövsüm La Liqada 28 matçda 3 qol vurub.