“Barselona” Dembele üçün son təklifini edəcək

“Barselona” klubu futbolçusu Osman Dembele ilə yeni müqavilə şərtlərində razılığa gələ bilmir.

90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi fransalı hücumçuya son təklifini etməyə hazırlaşır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.


“Barselona” Dembeleyə bonuslarsız illik 11 milyon avro qazancağı müqavilə təklif edəcək. 24 yaşlı futbolçu bu təklifi qəbul etsə, vergiləri çıxmaqla illik 7,5 milyon avro gəlir əldə edəcək.


“Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədər olan Dembele bu mövsüm cəmi 4 oyuna çıxıb.

0 comments

Recent Posts

See All