"Barselona" Dembele ilə müqaviləni uzadacaq!


“Barselona”nın futbolçusu Usman Dembele ilə müqaviləni yeniləyəcəyi dəqiqləşib.

90plus.az “Diario Sport”a istinadən xəbər verir ki, tərəflər arasında gələn həftə 5 illik sözləşmə imzalanacaq.


Fransalı yarımmüdafiəçi maaşının azaldılmasına razılaşıb.

Qeyd edək ki, 2017-ci ildən "Barselona"da çıxış edən Dembele bu mövsüm La Liqada 5 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

0 comments

Recent Posts

See All