
90plus.az xəbər verir ki, son oyun gününə 4 qrupda 8 qarşılaşma keçiriləcək.
E qrupunda "Barselona" "Dinamo"nu (Kiyev) qəbul edəcək. "Bavariya" isə "Benfika"nın qonağı olacaq.
"Mançester Yunayted" "Atalanta"nı sınağa çəkəcək. Digər qarşılaşmada "Yanq Boyz" və "Vilyarreal" münasibətlərinə aydınlıq gətirəcək.
"Volfsburq" "Zaltsburq"la, "Sevilya" isə "Lill" ilə üz-üzə gələcək.
H qrupunda turnirin son qalibi olan "Çelsi" İngiltərədə İsveç "Malmö"sünün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda İtaliya "Yuventus"u Rusiyada "Zenit"lə qarşılaşacaq.
Çempionlar Liqası
3-cü tur
20 oktyabr
E qrupu
20:45. "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna)(CBC Sport)
23:00. "Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya)
F qrupu
23:00. "Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya)
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya)(CBC Sport)
G qrupu
20:45. "Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya)
23:00. "Lill" (Fransa) - "Sevilya" (İspaniya)
H qrupu
23:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç)
23:00. "Zenit" (Rusiya) - "Yuventus" (İtaliya)