“Barselona”nın sabiq futbolçusu Samuel Eto açıqlama verib.
90plus.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu, hazırda çətin dönəmlər keçirən Kataloniya təmsilçisi haqda danışıb:
“Barselona” son zamanlar mənə əziyyət verir. Komandanın durumu fanatlar üçün çox ağırdır. Bunu qəbul etmək çətindir. Ümid edirəm ki, hər şey qısa zamanda öz yoluna düşəcək”.
“Barselona” La Liqada 9-cu sıradadır.
Eto 2004-2009-cu illərdə Kataloniya təmsilçisində çıxış edib.