top of page

“Barselona” Fatini İngiltərəyə yola salmaq istəyir

“Barselona”nın hücumçusu Ansu Fati icarə əsasında “Tottenhem”ə keçə bilər.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunu 2024-cü ilin yayına qədər icarəyə verməyi planlaşdırır. “Barsa” 20 yaşlı ispaniyalı hücumçunun maaş xərclərini “Tottenhem”in üzərinə götürməsini istəyir.


Fati 2022/23 mövsümündə “Barselona”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.

0 comments
bottom of page