top of page

"Barselona" forvardı ilə yollarını ayıra bilər

“Barselona”nın futbolçusu Ansu Fati başqa kluba keçəcəyini istisna etməyib.


90plus.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı forvard öncədən Kataloniya təmsilçisində start heyətində çıxış etmək uğrunda mübarizə aparmaq istəyirdisə, artıq fikrini dəyişib.


Öncədən Səudiyyə Ərəbistanından “Əl-Hilal”ın və Fransadan PSJ-nin Fati ilə maraqlandığı haqda xəbər də yayılmışdı.


Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, ötən mövsüm İspaniya La Liqasında 36 oyuna çıxıb, yeddi qol vurub və 4 qolun məhsuldar ötürməsini edib.



0 comments
bottom of page