top of page

"Barselona" Frenki De Yonqu satmayacaq


"Barselona" futbolçusu Frenk de Yonqla bağlı strategiyasını dəyişib.

90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçini satmayacaq.



Keçən yay "Mançester Yunayted" 25 yaşlı futbolçunu transfer etmək üçün böyük təklif etmişdi. "Barselona" da Bernardo Silvanı "Mançester Siti"dən transfer etmək, eləcə də klubun maddi vəziyyətini yaxşılaşdırmaq üçün onun keçidinə razı olmasına baxmayaraq, bu məsələdə sərt mövqe tutan Frenk de Yonq getməkdən imtina etmişdi.



Xəbərə görə son aylarda Niderland millisinin üzvünün ətrafında vəziyyət kəskin şəkildə dəyişib. "Barselona"nın baş məşqçisi Xavi onu komandanın əsas oyunçusu hesab edir və bu səbəbdən İspaniya nəhəngi onun satmaq variantını nəzərdən keçirmir.



MƏNBƏ: "Diario Sport"

0 comments
bottom of page