top of page

“Barselona” futbolçusu ilə müqavilə yeniləyəcək

"Barselona" futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib.


90plus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı oyunçu ilə müqavilənin müddətini daha 4 il uzatmaq istəyir.


Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm 33 oyuna çıxıb, 8 qol vurub və 7 qolun ötürməsini verib.


Xatırladaq ki, Dembelenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

0 comments
bottom of page