"Barselona" futbolçusuna 1 milyard qiymət qoydu!


"Barselona" futbolçusu Qavi ilə müqaviləni uzatmaq üçün razılaşıb.

90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək Kataloniya təmsilçisində oynayacaq. Yarımmüdafiəçinin müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur. Qavi ilə müqavilənin imzalanması sabah Barselonadakı "Kamp Nou2 stadionunda keçiriləcək kütləvi tədbirdə baş tutacaq.


Qeyd edək ki, Qavi ötən yaydan "Barselona"nın əsas komandasında çıxış edir. Futbolçu kataloniyalıların heyətində 54 matçda 2 qol vurub və 6 qolun ötürməsini verib. Qavi 2021-ci ilin oktyabrında İspaniya yığmasında debüt edib. Onun millidə 10 oyun və 1 qol ötürməsi var.

0 comments