"Barselona" futbolçusunu 15 milyon avroya satdı

"Barselona" futbolçusu Junior Firponu "Lids"ə satıb.

90plus.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu satışdan 15 milyon avro qazanıb. Bundan başqa, "Barselona" oyunçunun növbəti satışından 20 faiz alacaq.

Qeyd edək ki, Firpo 2019-cu ilin yayında Kataloniya klubunda oynayırdı. 24 yaşlı müdafiəçi iki mövsümdə meydana çıxdığı 41 matçda 2 qol vurub.

0 comments