top of page

“Barselona” hücumçu axtarışına başlayıb

"Barselona" hücum xəttini gücləndirmək üçün yeni oyunçu axtarır.


90plus.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bu yaxınlarda hücumçu Memfis Depay komandanı tərk edərək "Atletiko"ya keçib və onun yerinə əvəzedici tapılmayıb.  Xavi hələ də komandasında yeni hücumçu görməyə ümid edir. Kataloniya klubu maliyyə çətinlikləri ilə problem yaşayır. Lakin qış transfer pəncərəsinin son günlərində uyğun hücum oyunçusunu aşağı qiymətə imzalamağa və ya icarəyə götürməyə çalışacaq.


Qeyd edək ki, "Barselona" hazırda La Liqa cədvəlinin 2-ci pilləsində qərarlaşan "Real"ı 5 xal qabaqlayır.



0 comments

Komentarze


bottom of page