top of page

“Barselona” hücumçusunu heyətində saxlamaq istəyir

“Barselona” hücumçu Joao Feliksi heyətində saxlamaq istəyir.


90plus.az "Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün sonuna kimi “Atletiko”dan icarəyə götürülən Feliksin oyunundan razı qalıb. Kataloniyalılar portuqaliyalı futbolçunu heyətdə saxlamaq istəyir.


Ola bilsin ki, “Barselona” Feliksin icarə müddətini uzatmağa çalışacaq, lakin sonradan satın almaq hüququ ilə 23 yaşlı oyunçunu transfer edəcək.


Feliks 2023/24 mövsümündə bütün yarışlarda 8 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.



0 comments

Comments


bottom of page