“Barselona” hələ də Messi ilə bağlı məhsulları satır


“Barselona” hazırda PSJ-də oynayan keçmiş futbolçusu Lionel Messi ilə bağlı olan bir sıra məhsulların satışını davam etdirir. 90plus.az xəbər verir ki, klub argentinalının avtoqrafı olan idman köynəyini 1170 avroya, Messinin imzası olan kapitan sarğısını isə 643,5 avroya satır. Həmçinin klub mağazasında 2013/2014 mövsümünə aid və üzərində Xavi, İnyesta və Messinin avtoqrafları olan köynəyi 2950 avroya almaq mümkündür. Qeyd edək ki, Messi 10 avqust 2021-ci ildə Paris klubuna keçib.

0 comments