"Barselona" Haland üçün hərəkətə keçdi!


İspaniya "Barselona"sı Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən Erlinq Holanna 5 illik müqavilə təklif edib.

"90plus" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta norveçli hücumçunun agenti Mino Rayola ilə görüşdə qarşı tərəfi bu barədə məlumatlandırıb.

22 yaşlı forvard La Liqa klubunda oynamağa razılıq versə, ümumi qazancı 195 milyon avro olacaq. Onun illik gəliri müvafiq olaraq 20, 30, 40, 50 və 55 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Erlinq Holann bu bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 14 oyunda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments